Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurası Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək.
Ednews xəbər verir ki, bu barədə iclasın ilkin gündəliyində deyilir.
İyunun 26-da Lüksemburqda baş tutacaq görüşdə rəqəmsal diplomatiya məsələləri və Ukraynadakı vəziyyət də müzakirə predmeti olacaq.
İclasda Tunis, Azərbaycan və Ermənistan, həmçinin Belqrad və Priştina arasında dialoqa dair məlumatlar dinləniləcək.
Qeyd olunub ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Avropa İttifaqı-Latın Amerikası və Karib Hövzəsi Birliyinin (CELAC) 17-18 iyul 2023-cü il tarixində keçiriləcək sammiti ərəfəsində Avropa İttifaqı ilə Latın Amerikası və Karib hövzəsi dövlətləri arasında münasibətlərə dair fikir mübadiləsi aparacaqlar.