Ermənistanın əməkdar artisti David Amalyan Azərbaycan prezidenti İlham Əliyev haqqında hörmətlə danışıb.
Ednews rus mediasına istinadən xəbər verir ki, o, müsahibəsində İlham Əliyev haqda bu fikirləri bildirib:
“Elçibəy dövründə onların başına gələnləri xatırlayırsınızmı? İlham Əliyevə dərin hörmətim var. O xarakteri, yüksək intellektual qabiliyyəti ilə seçilənlərdənir. İlham Əliyev bütöv bir xalq formalaşdırıb, onu ayağa qaldırmağı bacarıb. İnanıram ki, bu, bizim üçün müvəqqətidir və ümid edirəm hər şeyi yoluna qoyacaq belə bir liderimiz olacaq”, - D.Amalyan bildirib.
Oğuz