Bəzi siyasi analitiklərin fikrincə, Fransa Mərkəzi Asiyadakı uran yataqlardan istifadə etmək üçün “müttəfiqi” Ermənistana qarşı Azərbaycanın güzəştə getməyini və bu regionda Mərkəzi Asiyaya keçid üçün platforma yaratmaq istəyir.
Fransa Afrikada itirdiyi nüfuzunu əlindən çıxdığı uran yataqlarını məhz Mərkəzi Asiyada olan yataqlarla əvəz etmək istəyir. Əvvəllər o bunu Afrika ölkələrində edirdi.
Fransanın Cənubi Qafqazda əsas maraqları nədir?
Bu barədə Ednews-a politoloq Fərid Şəfiyev münasibət bildirib. Onun sözlərinə görə, Fransanın Cənubi Qafqazda maraqları uranla bağlı deyil:
“Fransanın maraqları diaspora faktoru və Türkiyəyə qarşı yürütdüyü siyasətdir. Fransanın xristian birliyi onun siyasətində həmişə öz dəsti-xətti ilə səciyyələnir. Hələki Frnasanın maraqları bunlardır. Uranla bağlı düşünmürəm ki, maraqları olsun”.
F.Şəfiyev qeyd etdi ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişini birbaşa əngəlləmək istəmir:
“Sadəcə Makronun diaspora və Daşnaksütun Partiyasının rəhbərliyi ilə görüşməsi və.s burda yerli siyasət nəzərə alınmalıdır. Fransa Azərbaycana təzyiq göstərmək istəyir ki, sülh sazişi Ermənistanın tələbi ilə həyata keçirilisin. Müzakirə edilən məsələlərdə Ermənistanı dəstəkləmək istəyir, ancaq Fransanın Cənubi Qafqazda sülh istəməməyi yanlışdır, bu, düzgün ifadə deyil”.
Oğuz