Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk 1962-ci ildə Kuba raket böhranında olduğu kimi dünyanın nüvə müharibəsi astanasında olduğunu bəyan edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Papa mesajında cəmiyyətləri nüvə silahlarını aradan qaldırmağa və adi silahlardan yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.
“Dünyamız Ukraynadakı münaqişənin faciəvi vəziyyətində hissə-hissə aparılan üçüncü dünya müharibəsinin məngənəsində qalmaqda davam etsə də, nüvə silahına əl atmaq təhlükəsi də yox deyil”, - Papa bildirib.
Papa adi silahların mülki hədəflərə qarşı deyil, yalnız müdafiə məqsədləri üçün istifadə edilməli olduğunu vurğulayıb.
Oğuz