Fransanın müdafiə naziri bildirib ki, Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olar. Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatı Nazirin ermənipərəst açıqlamaları Cənubi Qafqazda yenidən konfliktərin meydana gəlməsinə bir mesajdır?
Politoloq Tofiq Abbasovun fikrincə, hamıya bəllidir ki, Fransa və Ermənistan dostluq edirlər, biz əsas problemimizi həll etmişik. O, bu fikirləri Ednews-a açıqlaması zamanı deyib.
“Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Xankəndidə artıq bizim qüvvələrdir. Heç kəsə sirr deyilki, separatçıların ən böyük maliyə dəstəyi Fransadan gəlir. Fransa şirkətləri bizim ərazimizdə yeraltı bunkerlər tikirdi. Onlara hərbi, texniki dəstək verirdi və.s. Bunların hamısını bilirik. Onların qurduqları infrastrukturu darmadağın etmişik. Fransa dərk etməlidir ki, artıq Azərbaycanla diktat dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan yalnız öz hüquqlarından və beynəlxalq qaydaların tələblərinə uyğun olaraq hərəkət edir. Biz heç bir ölkənin maraqlarını pozmur, təhdid yaratmırıq. Əksinə Ermənistan 40 ilə yaxındır ki, nifrət siyasətini yürüdürdü. Fransanın da bu məsələdə köməyi vardı. Hesab edirəm ki, proseslərdə Fransa nə qədər təhrikçilik edirsə etsin heç bir halda Azərbaycan heç nə edə bilməyəcək. Çünki Azərbaycan legitim məkandadır, digər tərəfdən atdığı addımlar ölçülüb-biçilir. Və Azərbaycan sülh istəyir. Fransa həmişə Ermənistanı uçurumun kənarına sürükləyir. Ermənistanın ağlı olsa günü bu gün, bəlkə də dünən lazım idi, Fransadan imtina edərdi”.
Oğuz