"2023-cü il partiyamız üçün əlamətdar oldu. Azərbaycanda 59 partiya var idi. Yeni qanun tələbləri və bu qanuna cavab verə bilməyən partiyalar özünü buraxdı. 25 siyasi partiya mövcudluğunu qorudu. Bunlardan biri də Gələcək Azərbaycan Partiyası oldu".
Bu sözləri Ednews-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. Onun sözlərinə görə, 25 partiyanın sıralarında olmaq da böyük uğurdur:
"Bu günkü zamanda 6 min üzvlü partiya olmaq heç də asan məsələ deyil. Qanunvericiliyə əsasən 5 min etibarlı imza şərtdir. Gələcək Azərbaycan Partiyası isə bunu bacardı. 6 min imzanı Ədliyyə nazirliyinə təqdim etdik. Biz bunu bacardıq. Eyni zamanda partiyanın növbəti uğuru 23 dekabr növbədənkənar qurultayında prezdenitliyə namizəd cənab İlham Əliyevin namizədliyini müdafiə etməsi oldu. Bu millətimiz, xalqımız, dövlətimiz üçün də ən böyük uğurlardan biridir. Əminliklə bunu deyirəm ki, partiyamızın müdafiə etdiyi namizəd bu seçkidə rəqiblərini, sözün yaxşı mənasında əzərək, yüksək nəticələrlə Azərbaycan dövlətinin rəhbəri seçiləcəkdir. Bu da növbəti uğurumuzdur. 2024-cü ildə gözləntilərimizdir".
Partiya sədri hesab edir ki, 2024 cü il başqa uğurlarla da zəngin olacaq:
"Tarixi sülh sazişinin imzalanması Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanıması və ölkədə siyasi və iqtisadi reformaların başlaması ilə nəticələnəcək. Partiya olaraq bu proseslərdə aktiv iştirak edəcəyik, öz dəstəyimizi əsirgməyəcəyik, vətənimiz, millətimiz daha da zirvələrə getsin, xaqlımız xoşbəxt yaşasın deyə".
Oğuz