2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində idman yarışlarının keçirilməsi planlaşdırılır.
Ednews xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qaibov jurnalistlərə açıqlamasında danışıb.
Nazir qeyd edib ki, hazırda bir neçə layihə üzərində iş gedir:
“Biz artıq işğaldan azad edilmiş ərazilərdə yarışlar keçirmişik. Bunlar əsasən beynəlxalq turnirlər idi. Bu il idman yarışları keçirməyi planlaşdırırıq və bu yarışların ənənəvi olmasını istəyirik”.