“Seçkilərin keçirilməsində müxtəlif dövlət orqanlarının məsuliyyəti var. KİV isə birinci rol oynayır”.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.
O bildirib ki, kütləvi informasiya vasitələrinin fəaliyyəti MSK üçün daha əhəmiyyətlidir.