“Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı ilkin olaraq bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilib”.
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror qeyd edib ki, bir neçə azyaşlının ölümü ilə nəticələnən hadisənin səbəb və şəraiti ilə bağlı istintaq davam edir.