Londonda baronessa Koksun və erməni diasporunun növbəti təxribatının qarşısı alınıb

Siyasət 14:44 23.01.2024

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması erməni diasporunun və havadarlarının növbəti təxribatının qarşısını alıb.

Bu barədə Ednews-a Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, Londonun mərkəzində yerləşən məşhur Karlton Klubu “Ermənistan: Dağlıq Qarabağın etnik təmizlənməsi” mövzusunda 5 fevral 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan tədbirə ev sahibliyi etməyi planlaşdırırdı. Bu tədbir qatı ermənipərəst, türklüyə və islam dininə düşmən münasibəti bəsləyən baronessa Karolina Koks, ona dəstək verən lord de Moli TD və Ermənistanın Birləşmiş Krallıqdakı səfiri Varujan Nersesyan tərəfindən təşkil olunmalı idi.

Bundan xəbər tutan Britaniya Azərbaycanlıları Cəmiyyəti ölkədəki Azərbaycan İcmasının adından Karlton Klubunun rəhbərliyinə açıq etiraz məktubu göndərib. Məktubun surəti Britaniya xarici işlər naziri Devid Kemerona, parlament üzvlərinə, Lordlar Palatasının üzvləri - lord Evans, lord Əhməd, lord Kilkluni, lord Sarfraz və baronessa Manzila Pola Udinə, Avropa və Şimali Amerika üzrə nazir Leo Dokertiyə, Britaniya Xarici İşlər Nazirliyinin xüsusi komitəsinin rəhbəri Alisiya Kernsə, “Mühafizəkarların Səsi” təşkilatının rəhbərliyinə ünvanlanıb.

Nəzərə çatdırılıb ki, tarixi məkanın əsassız tədbirə ev sahibliyi etməsi Azərbaycan icmasının dərin narahatlığına səbəb olub. Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamağa yaxın olduğu bir zamanda belə tədbirin təşkilinin iki ölkə arasında sülh perspektivlərini açıq şəkildə pozduğu, Birləşmiş Krallığın sülhü dəstəkləyən mövqeyinə və ölkənin xarici siyasətinə tam zidd olduğu vurğulanıb.

Azərbaycana qarşı etnik təmizləmə iddialarının tamamilə əsassız olduğu, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin faktaraşdırıcı missiyalarının Qarabağda mülki infrastruktura hər hansı ziyanın dəydiyinə və ya Azərbaycan hakimiyyəti tərəfindən erməni mülki şəxslərin məcburi köçürüldüyünə dair heç bir fakt aşkar etmədiyi və sənədləşdirmədiyi bir daha yada salınıb. Bundan başqa, Ermənistanın Britaniyadakı səfirinin öz ölkəsinin baş naziri Nikol Paşinyanın siyasətinin əleyhinə olan görüşün təşkilatçıları arasında olması təəccüblü fakt kimi xüsusi vurğulanıb.

Mötəbər sübutların olmadığı təqdirdə, əsassız ittihamların davam etdirilməsi nəticəsində xoşagəlməz vəziyyətin yarana biləcəyini, ötən il “Queen Mary” Universitetinin nümunəsini xatırladan cəmiyyət sədri Karlton Klubunun rəhbərliyini bu qərəzli tədbiri ləğv etməyə çağırıb.

Karlton Klubunun katibi Simon Robinsonun adından Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan 22 yanvar 2024-cü il tarixli rəsmi məktubda bu görüşün klubda baş tutmayacağı təsdiqlənib.

“Bu, bizim Britaniya diasporunun erməni diasporu və ermənipərəstlər üzərində növbəti qələbəsidir”, - deyə Fəridə Pənahova vurğulayıb.

e242be0a-a943-3f50-bee5-7df0827ffa10.jpg

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Hamısı