"Axşam saat 9-da biz səsvermənin ilkin nəticələrini ictimaiyyətə çatdıra biləcəyik".
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən brifinqdə deyib.
O, seçki məntəqələrinin 50-60 faizinin səsvermə nəticələrinin Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapdıqdan sonra ilkin mənzərənin aydın olacağını bildirib.