Milli Məclis Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib.
Ednews xəbər verir ki, Əli Əsədovun təyinatı məsələsi Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən müzakirəyə çıxarılıb.
Çıxış edən deputatlar Əli Əsədovun Baş nazir vəzifəsinə yenidən təyin olunmasını müsbət qiymətləndiriblər. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, Baş nazir Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin razılığı ilə təyin olunur.