Azərbaycan Mətbuat Şurasının sədri Rəşid Məcid və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunusa Qarabağ və Qərbi Azərbaycan həqiqətlərindən danışıblar.
Ednews xəbər verir ki, görüş zamanı Məhəmməd Yunus Azərbaycanlılara qarşı törədilmiş haqsızlıqlar barəsində məlumatlandırılıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşid Məcid görüşdə bildirib ki, 1 milyondan çox insan ermənilərin Qarabağı işğalı zamanı yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdır:
"Hazırda Füzuli şəhərinə 14 ailə köçürülüb və ilk məktəb açılıb :Qarabağdan didərgin düşmüş şəxslərin Qarabağın müxtəlif zonalarına köçürülür. Bu istiqamətdə işlər görülür, artıq bir neçə yaşayış məntəqəsində əhali məskunlaşıb və bu proses fasiləsiz olaraq davam edir".
Daha sonra Umud Mirzəyev Zərgəzur kolidorunun stratejik önəmi, tarixi və regional əməkdaşlığın mahiyyəti haqqında professoru məlumatdırıblar.
Daha ətraflı videoda:
Xəyal Ramiz