“Ermənistan Qərbi Qafqaza cəlb edərək region dövlətlərinin təhlükəsizliyini təhdid edir” – Elşən Manafov ŞƏRH EDİR

Siyasət 14:30 04.04.2024

Rusiyanın Ermənistandakı səfirliyi 102 saylı hərbi bazanın regionun təhlükəsizliyi üçün önəm daşıdığını vurğulayıb. Bundan başqa Ermənistanın mövcud vəziyyətdə Rusiyadan başqa iqtisadi tərəfdaşı olmadığı da bildirilib.

Ermənistan bu vəziyyətdə Rusiya ağalığından çıxa bilər?

“Məhz Qərbin sifarişi ilə Paşinyan iqtidarı Qarabağ ətrafindakı proseslərdə Rusiya sülhməramlılarının öz vəzifələrini yerinə yetirməmələri, Azərbaycana tərəfkeşlik etmələri kimi cəfəng bəyənatlar verərək Azərbaycanla hərbi, diplomatik qarşıdurmada məğlubiyyətlərinə görə məsuliyyət yükünu Rusiyanin üzərinə yıxmaqla onun regiona təsir imkanlarını azaltmaq istəyirlər”.

Bu fikirləri Ednews-a açıqlamasında siyasi ekspert Elşən Manafov bildirib. Onun sözlərinə görə Ermənistanın məğlubiyyətə görə KTMT-ni günahlandırması təşkilatı tərk etməyə hesablanıb:

“Hazırda Ermənistan rəhbərliyi Qərb qarşısında əvvəlki zamanlarda götürdüyü öhdəliklərə rəğmən regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsi istiqamətində addımlar atır. Regionda geosiyasi durum isə, Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə Ermənistan üzərində əldə etdiyi qələbədən sonra dəyişib. Münaqişə tərəflərinin razılığı ilə bölgəyə Rusiyanin sülhməramlılarından ibarət hərbi kontingentin yerləşdirilməsi Qərbi narazı salıb. 
Məğlubiyyətə görə KTMT-ni günahlandırmaq da, əslində bu məqsədə, eyni zamanda Ermənistanın bu blokdan çıxması ilə onun regiondan uzaqlaşdırılmasına hesablanıb”.

Ermənistan Rusiyanın dəstəyi olmadan öz problemlərini həll edə bilməz:

“Rusiyanin Ermənistandaki hərbi bazası rəsmi İrəvanla zamanında razılaşdırılmış müqaviləyə görə burada yerləşdirilib, onun Gümrüdə dislokasiya müddəti 2045-ci ildə başa çatır.
Rusiya tərəfi əldə edilmiş razılığa əməl edirsə, Ermənistanın bu bazanın vaxtından əvvəl, birtərəfli şəkildə çıxarılmasi ilə bağlı tələbləri beynəlxalq qanunvericiliyə uyğun addım deyil.

Digər tərəfdən hazırki şəraitdə Ermənistanın Rusiya ilə əməkdaşlıqdan imtina etməsi onun enerji təhlükəsizliyi, infrastruktur və nəqliyyat sahəsində Rusiyanın monopolist mövqeyi və s. baxımdan məqbul sayıla bilməz. Ermənistan coğrafi durumuna görə, ABŞ və Avropa İttifaqından uzaqda yerləşir. Rusiyanin dəstəyi olmadan ölkə yaxın perspektivdə bu problemləri həll etmək iqtidarında deyil.

Ən nəhayətdə, rəsmi İrəvan regionun təhlükəsizlik problemlərinin həllinə dair Azərbaycan prezidenti İ.Əliyevin 3+3 formatında əməkdaşlıq təkliflərini müsbət qiymətləndirdiyi halda, regiona birbaşa aidiyyatı olmayan ABŞ və Aİ-ni israrla bura nizamsalma proseslərinə cəlb etməklə digər region dövlətlərinin təhlükəsizlik maraqlarını təhdid etmiş olur”.

Fərid Axund

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Hamısı