Avstriyanın kansleri Karl Nehammer Rusiya-Ukrayna müharibəsində sülh danışıqlarının prioritet hala salınmalı olduğunu bildirib.
Ednews Rusiya mediasına istinadən xəbər verir ki, kansler Moskva-Kiyev arası danışıqların mütləq şəkildə reallaşmalı olduğunu bildirib. Onun sözlərinə görə, ikitərəfli danışıqlar olmasa sülhə nail olmaq mümkün olmayacaq.
Qeyd edək ki, Kiyev daha öncə Rusiya onun ərazisini tərk etməyincə danışıqlara başlamayacağını bildirib.
Rusiya tərəfi danışıqlara hazır olduğunu dəfələrlə bildirib.
2022-ci ilin okyabr ayında Ukrayna prezidenti Vladimer Zelenski Putinlə hər hansısa danışıqların baş verməyəcəyi haqqında qanun imzalayıb.
Fərid