Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Lvov merinin birinci müavini ilə görüşüb.
Ednews xəbər verir ki, o, bu barədə “X”də yazıb.
Bildirilib ki, görüş zamanı ticarət-iqtisadi, biznes, mədəniyyət və humanitar sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin qarşı tərəfə Azərbaycanın Ukraynadakı humanitar təşəbbüsləri və yardımları barədə məlumat verilib.