“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva

Siyasət 11:05 19.04.2024

“Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması Qarabağ mövzusunun artıq bitməsi və ikitərəfli münasibətlərdə hərbi, sülhməramlı komponentin olmaması anlamına gəlir. Beləliklə, Bakı ilə Moskva arasında daha yaxşı əməkdaşlıq üçün imkanlar açılır”. 

Bu fikirləri Ednews-a deputat Könül Nurullayeva deyib. Onun sözlərinə görə Azərbaycan regionda elə reallıq yaratdı ki, bu gün missiyanın vaxtından əvvəl ölkəmizi tərk etməsinə şahidlik edirik.

“Məlumdur ki, 10 noyabr üçtərəfli bəyanatında sülhməramlıların Azərbaycan ərazilərində 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsində məhz Prezident İlham Əliyev israr etmişdi.  Sülhməramlı missiya Azərbaycan ərazisinə yerləşərkən rəsmi şəkildə bəyan olunmuşdu ki, bu, müvəqqətidir və 2025-ci ildə missiyanın mandatının uzadılıb-uzadılmaması məsələsinə yenidən baxılacaqdı. Belə ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə əsasən, Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət növbəti 5 ilə uzadılır. Amma Azərbaycan regionda elə reallıq yaratdı ki, bu gün missiyanın vaxtından əvvəl ölkəmizi tərk etməsinə şahidlik edirik. Eyni zamanda missiyanın fəaliyyəti dövründə separatçılar onlardan təhlükəsizlik çətiri kimi istifadə edə biləcəklərini düşünürdülər. Doğrudur, bu müddət əzində sülhməramlıların bəzi davranışları rəsmi Bakını qane etmirdi və narazı qaldığımız məqamlar da var idi. Amma tədricən Azərbaycan öz məsələsini özü həll edərək, separatizmin kökünü birdəfəlik kəsdi və bununla da artıq kənar vasitəçi missiyalara ehtiyac qalmadı”.

Deputat xanım vurğuladı ki, sənəddə “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sona çatdırılması Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir. 

“Sülhməramlıların vaxtından əvvəl çıxarılması eyni zamanda Azərbaycanla Rusiya arasında münasibətləri gücləndirən faktordur. Hər iki ölkənin ali rəhbərliyinin birgə verdiyi qərar liderlərin  şəxsi münasibətlərinin ölkələr arası münasibətləri gücləndirən faktor olduğunu bir daha təsdiqləyir. Bu, eyni zamanda  ikitərəfli dostluq münasibətlərinin bundan sonra daha da güclənəcəyini deməyə əsas verir. Təəssüf doğuran məqam isə ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsidir. Dövlət Departamentinin nümayəndəsinin rus sülhməramlılarının çıxarılmasını şərh edərkən Rusiyanı “etibarsız müttəfiq” adlandırması, bu prosesi neqativ tərzdə şərh etməsi rikayarlığın növbəti göstəricisidir. Açıq şəkildə sülhməramlıları ötən ilin payızında Azərbaycanın Xankəndidə reallaşdırdığı antiterror əməliyyatına mane olmamaqda ittiham edirlər. ABŞ rəsmilərinin təbirincə desək, Rusiya ordusu “daha dinc və sabit bir Cənubi Qafqaz regionu üçün töhfə verməyib. Yəni, ABŞ-yə görə sabitliyə töhfə separatçı rejimin bölgədə qalması, yeni “status-kvo”nun uzanması idi. Aydın olur ki, sülhməramlıların fəaliyyəti dövründə qeydə alınan və Bakını narazı salan bəzi neqativ məqamlar əslində Vaşinqtonun ürəyindən olub. Yəni, ABŞ və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır, bu, hər ötən gün daha ciddi şəkildə təsdiqini tapır. Məsələ burasındadır ki, bu vaxta qədər dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu.

K. Nurullayeva ABŞ – ın əks mövqe ortaya qoymasının bir daha, Ağ evin regionda davamlı sülhün təmin olunmasında maraqlı olmadığını göstərdiyini söyləyib.

“Biz ABŞ-nin dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadakı sülhməramlı kontingenti çıxarmağa çağırdığının şahidi olmuşuq. Eyni zamanda 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması da ABŞ tərəfindən alqışlanmışdı. Həmçinin Qazaxıstandakı sülhməramlı kontingent ölkəni “tez bir zamanda tərk etməyə” çağırılmışdı. Bu təcrübəyə əsaslansaq, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını da alqışlamalı, Azərbaycanı təbrik etməli idi. Lakin əks mövqenin ortaya qoyulması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil. Ağ ev yalnız öz geosiyasi məqsədlərini güdür.

2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda keçirilən Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşü də Azərbaycanın suverenliyinin təmin olunmasına qarşı yönəlmiş addım idi. Bu, Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk təmas idi.  Bununla Qərb Azərbaycanın öz suverernliyinin tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu göstərmişdi”.

Əkbər Novruz

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Hamısı