Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİB

Siyasət 13:33 29.04.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.

Ednews xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Çin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq ikitərəfli münasibətlərdə son vaxtlar böyük canlanmanın baş verdiyini qeyd etdi. Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən Prezident İlham Əliyev bu baxımdan Transxəzər nəqliyyat dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu vurğuladı. Dövlətimizin başçısı sərmayə qoyuluşu nöqteyi-nəzərindən yaxşı irəliləyişin olduğunu dedi. Belə ki, Çin şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə qoyur. Dövlətimizin başçısı, eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan-Çin məsləhətləşmələrinin aparıldığını vurğuladı. Prezident İlham Əliyev humanitar sahədə də gündəliyin kifayət qədər geniş olduğunu bildirdi, Yan Vanminin ölkəmizə səfərinin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Yan Vanmin Ulu Öndər Heydər Əliyevin və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, ölkədə siyasi sabitliyin bərqərar olunduğunu, iqtisadi yüksəlişin əldə edildiyini, əhalinin rifah halının yüksəldiyini və respublikamızın beynəlxalq aləmdə layiqli yerini tutduğunu vurğuladı. O qeyd etdi ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub.

Prezident seçkilərində qalib gəlməsi münasibətilə bundan əvvəl təbrik məktubu göndərdiyini məmnunluqla xatırlayan qonaq İlham Əliyevin yenidən prezident seçilməsini Azərbaycan xalqının ona olan etimadının nəticəsi və gələcəyə inamının təzahürü kimi dəyərləndirdi.

Diplomatik münasibətlərimizin qurulmasından ötən dövr ərzində əlaqələrimizin sabit şəkildə inkişaf etdiyini deyən Yan Vanmin ikitərəfli münasibətlərimizin möhkəmlənməsində dövlətimizin başçısının Çinə səfərlərinin, Si Cinpinlə görüşlərinin və iki ölkə rəhbəri arasında çox gözəl şəxsi münasibətlərin rolunu xüsusi qeyd etdi.

Azərbaycanın Çin üçün çox vacib tərəfdaş olduğunu vurğulayan qonaq ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirdi. Qeyd etdi ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və bu baxımdan o, Transxəzər dəhlizinin bu təşəbbüsün reallaşmasına, ümumilikdə Azərbaycanın bütün nəqliyyat qovşağının inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.

Yan Vanmin ölkəsinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə göstərilən hörməti hər zaman dəstəkləyəcəyini vurğuladı, ölkələrimiz arasında qarşılıqlı etimadın daimi olacağına əminliyini bildirdi.

COP29-un təşkilində də Çinin Azərbaycana dəstəyini qeyd edən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirin uğur qazanacağına inamını ifadə etdi.

Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin inkişafında roluna bir daha toxunan qonaq dedi: “Biz Çin-Azərbaycan münasibətləri haqqında danışarkən Sizin atanız Heydər Əliyevin töhfələrini unuda bilmərik. Çin xalqı çox yaxşı xatırlayır: Heydər Əliyev Prezident seçildikdən çox qısa müddət sonra - 1994-cü ildə Çinə səfər etdi və Çinin ovaxtkı rəhbərliyi ilə birlikdə xalqlarımız arasında əlaqələrin möhkəm təməlini qoydu. Heydər Əliyev o zaman xüsusilə Çin kəndinə gedərək sadə insanlarla görüşdü. Bu, Çin xalqının yaddaşında əbədi qalacaq. Siz bu gün atanızın siyasətini davam etdirərək Çinə altı dəfə səfər etmisiniz. Çin xalqı Sizə böyük hörmətlə yanaşır”.

Qonaq Heydər Əliyev Fondu ilə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq 2023-cü ildə Pekin şəhərində Ulu Öndərin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini xatırladı. Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Fondun Çinin olduqca inandığı və sıx əməkdaşlıq etdiyi bir qurum olduğunu vurğuladı. O, ötən illər ərzində Heydər Əliyev Fondu ilə bir çox birgə layihələr, xüsusilə gənclər arasında əlaqələrin genişləndirilməsi sahəsində layihələr həyata keçirdiklərini bildirdi. Yan Vanmin Fondla əməkdaşlığın daha da möhkəmlənəcəyinə və əlaqə dairəsinin genişlənəcəyinə əminliyini ifadə etdi. O, eyni zamanda, humanitar, turizm, gənclər sahələrinin, həmçinin regionlararası əməkdaşlığın inkişafı işinə də töhfə verməyə hazır olduqlarını bildirdi.

Qonaq Şanxay Əməkdaşlıq Təşkilatında əlaqələrə toxunaraq Azərbaycanın bu təşkilatda dialoq tərəfdaşı olmasının önəmini qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri ilə dəfələrlə keçirdikləri görüşlərin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğuladı. Si Cinpinlə son dəfə keçirdiyi görüşü də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüş zamanı bir çox önəmli məsələlərin müzakirə edildiyini və əməkdaşlığın perspektivlərinin təsdiq olunduğunu bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafına, parlaq gələcəyinə çox inanırdı və buna nail olmaq üçün böyük səylər göstərirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, 1994-cü ildə Ümummilli Liderin Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməlini qoyub. Öz növbəsində Ulu Öndərin siyasətini bütün sahələrdə davam etdirən bir şəxs kimi Azərbaycan-Çin əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, birgə səylər nəticəsində müəyyən olunmuş möhkəm əməkdaşlıq çərçivəsində siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək.

Prezident İlham Əliyev Yan Vanminin rəhbərlik etdiyi assosiasiya ilə Heydər Əliyev Fondu arasında həyata keçirilən sıx əməkdaşlığın əlaqələrimizin inkişafına böyük töhfə verdiyini bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Si Cinpinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsi ölkəmiz tərəfindən tam dəstəklənir və biz Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunu yaradaraq qonşu ölkələrlə də təmaslar əsnasında bu layihənin həyata keçirilməsi istiqamətində səylərimizi əsirgəmirik.

10:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.

Ednews xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Cavanşir körpüsünün söküntüsü davam edir - VİDEO

Xəbər xətti

Bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
05:33 22.05.2024
Həndbol üzrə XXX Azərbaycan kubokunun oyunlarına start verilir
04:47 22.05.2024
Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar start götürüb
03:34 22.05.2024
Dövlət Komitəsi və Penitensiar xidmət arasında birgə tədbirlər planı imzalanıb
02:27 22.05.2024
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Azərbaycana səfər edib
01:00 22.05.2024
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
00:10 22.05.2024
"Günay Bank"ın əmlakları təkrar hərraca çıxarılır
23:42 21.05.2024
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
23:23 21.05.2024
Naxçıvanda kütləvi idman yarışı keçiriləcək
23:00 21.05.2024
Rəisi və digər rəsmilərin cənazəsi Qum şəhərinə gətirilib, vida mərasimi keçirilir
22:41 21.05.2024
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
22:26 21.05.2024
Biləsuvarda ilk dəfə müəllimlərin sertifikasiya imtahanları keçiriləcək
22:00 21.05.2024
Rumıniya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə biləcək
21:47 21.05.2024
Çeçenistan hökumətinin başçısı istefa verib
21:32 21.05.2024
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
21:30 21.05.2024
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
21:22 21.05.2024
Azərbaycanda lizinq şirkətinin 5 illik istiqrazları listinqə daxil edilib
21:00 21.05.2024
Azərbaycanın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb
20:41 21.05.2024
Paşinyan hakim partiyanın həmtəsisçisini Xarici Kəşfiyyat Xidmətinin rəis müavini təyin edib
20:31 21.05.2024
BMT-nin mənzil-qərargahındakı bayraqlar yarıya endirilib
20:20 21.05.2024
Azərbaycanda ailə modeli niyə dağılmaq üzrədir? - Sosioloq SƏBƏBLƏRİ AÇIQLADI
20:00 21.05.2024
Cəlilabad sakini itkin düşüb
19:40 21.05.2024
İran lideri mərhum Rəisinin cənazəsi üzərində dua oxuyacaq
19:20 21.05.2024
ANAMA rəsmisi ABŞ-da azad olunmuş ərazilərdəki mina problemi barədə danışıb
19:10 21.05.2024
Vaşinqtonda VIII illik Transxəzər Forumu işə başlayıb
19:00 21.05.2024
Səfir: “Orta Dəhliz vasitəsilə enerji resursları və texnologiyalar da tədarük edilə bilər”
18:50 21.05.2024
Gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilə bilər
18:40 21.05.2024
İtaliyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
18:33 21.05.2024
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq - EKSKLÜZİV
18:28 21.05.2024
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
18:17 21.05.2024
Ceyhun Bayramov Ukraynanın yeni səfirini qəbul edib
18:10 21.05.2024
Selçuk Bayraktar: "Azərbaycandakı "Akıncı" PUA-sı helikopterin axtarışı üçün hazır vəziyyətdə olub"
18:00 21.05.2024
"The Boeing" təyyarələrindən növbəti qəza şəraiti
"The Boeing" təyyarələrindən növbəti qəza şəraiti
17:50 21.05.2024
Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda KEÇİRİLƏCƏK
17:45 21.05.2024
DİQQƏT! Bakının bir sıra ərazilərində işıq OLMAYACAQ
17:40 21.05.2024
Çörəyin qiyməti nə qədər bahalaşacaq? - Ekspert açıqlayır
17:30 21.05.2024
Azərbaycanlı yazıçı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
17:25 21.05.2024
Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı işıq üzü görüb
17:14 21.05.2024
Azərbaycanın dəyişən enerji resursları və yaşıllaşan iqtisadiyyat – İlham Şabanın ŞƏRHİNDƏ
17:00 21.05.2024
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
16:49 21.05.2024
Hamısı