Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycanla münaqişənin uduzmasına görə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır.
Ednews xəbər verir ki, Zatulin Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı iki ölkəsindən danışdığını da açıqlayıb.
“Paşinyan yalançı və əclafdır, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır, sələflərinin və bütün erməni xalqının uzun illər mübarizə apardığı hər şeyi uğursuzluğa düçar edərək itirir”, - deyə deputat bildirib.
Onun fikrincə, Ermənistanın baş naziri Rusiya və Belarusa eyham vururdu.
Xəyal