III Dünya Müharibəsi başlasa, Cənubi Qafqaz hansı mövqedə olacaq? – Politoloqdan ŞƏRH

Siyasət 10:55 01.07.2024

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin Üçüncü Dünya Müharibəsinə yaxın olduğunu açıqladı. Təkcə ABŞ yox, bir çox Avropa lideri də bu düşüncədədir. Hətta Türkiyə Müdafiə Nazirliyi ölkənin belə bir qlobal savaşa hazır olduğunu bəyan etdi. İddialara nə dərəcədə inanmaq olar? Böyük savaş hansı bölgə və ya gərginlik ətrafında başlaya bilər? Cənubi Qafqaz belə bir savaşda hansı mövqedə ola bilər?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirdi ki, bu vaxta qədər müxtəlif dövlət başçıları və siyasi xadimlərdən bu xəbərdarlığı eşitmişdik:

“Baydenin də bu mövzu barədə ciddi danışması gəlməkdə olan təhlükənin qarşısını ala biləcəkmi? Bəşəriyyət yeni dünya müharibəsinin acınacaqlı nəticələri ilə üz-üzə qalmayacaq ki? Maraqlı olan budur ki, dünya dövlətləri III Dünya Müharibəsini məhz ABŞ və Rusiyanın bir-birinə qarşı həyata keçirilməsi mümkün olmayan şərtlər irəli sürməsi nəticəsində baş verəcəyini düşünürlər. Belə olan halda əgər baş verə biləcək yeni dünya müharibəsinin səbəbkarı ABŞ olacaqsa,  onun prezidenti kimi və bu müharibə ilə qorxudur? 

Rusiya-Ukrayna müharibəsinin başlanması ilə III Dünya Müharibəsinin başlanması və ya bu müharibənin elə üçüncü dünya müharibəsi olması ilə əlaqədar mütəxəssislərin fikirləri haçalanırdı. Rusiyaya qarşı dayanan az qala dünyanın ən inkişaf etmiş ölkələri dünya ictimaiyyətini üçüncü dünya müharibəsi ilə hədələyir və neytral qalan ölkələri Rusiyaya qarşı onların yanında mövqe tutmağa təhrik edirdilər. Onların hesablamalarına görə üçüncü dünya müharibəsi başlasa heç bir ölkənin ondan xilası olmayacaq. Bununla ABŞ və Avropa İttifaqı ölkələri üçüncü dünya müharibəsini nüvə silahının istifadə olunacağı qlobal müharibə ilə eyniləşdirirdilər. Deməli, Nüvə silahının ilk atəşlənməsi ilə üçüncü dünya müharibəsi də başlayacaq. Bu iddianın tərəfdarlarının fikrincə mövcud olan iki yüz dövlətin hamısı müxtəlif cəbhələrdə bir-biri ilə müharibə aparsa da bu nüvə silahı daşıyan qitlərarası və ballistik raketlər havaya qalxmayınca bu müharibələri üçüncü dünya müharibəsi kimi səciyyələndirmək olmaz”. 

Politoloq qeyd etdi ki, bu iddianın əksini sübut etməyə çalışanlar, düşünürlər ki, 1-ci və 2-ci dünya müharibələrinin başlanması və gedişini diqqətlə nəzərdən keçirdikdə Rusiya ilə Ukrayna müharibəsinin onunla eyni səciyyəyə malik olduğunu müşahidə etməmək mümkün deyil: 

“Dünya müharibələri bir-birinə qarşı duran dövlətləri dünyadakı nüfuz və ərazi uğrunda apardıqları müharibələr hesab olunursa bəs Rusiya-Ukrayna müharibəsi nədir? Burada da məhz nüfuz və dünyanın yenidən bölüşdürülməsi uğrunda ciddi qırğın gedir. Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatları müharibəadlandırmaqdan çəkinməsi heç də onun müharibə kimi təsvir edilməsinin qarşısını almır.

Hesab edirəm ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə və Yaxın Şərqdə baş verən hadisələr elə üçüncü dünya müharibəsinin artıq başlandığının sübutudur. Sadəcə ABŞ və Qərb Rusiyaya qarşı əsgər çıxarmadıqlarını əsas götürərək gedən müharibələri dünya müharibəsinin tərkib hissəsi adlandırmaqdan çəkinir və bununla Rusiyaya xəbərdarlıq edirlər ki. dünya müharibəsi başlayarsa onun vəziyyəti daha ağır olacaq. Başda ABŞ olmaqla NATO üzvləri və onun təəssübkeşlərindən olan antirusiya koalisiyası axıra qədər nüvə silahından istifadə olunmasa hərbi əməliyyatlar bitənə qədər bu müharibəni dünya müharibəsi aparmaqdan qaçacaq. Bununla da o dünya dövlətlərini üçüncü dünya müharibəsi kabusu və nüvə müharibəsi ilə təhdid edəcək. Amma tarix və onu yazanlar siyasətçilərdən tam fərqli fikirdədirlər və biz bunu artıq ortaya qoyulan tarixi tədqiqatlarda görürük.

Böyük dövlətlərin həm Rusiya-Ukrayna müharibəsi, həm də Yaxın Şərqdə gedən qırğını dayandıra bilməmələrinə gəlincə onlar bu istiqamətin tələb olunan addımların heç də hamısını atmırlar və bəzən adama elə gəlir ki, onlar məhz müharibənin və qırğınların davam etdirilməsində daha çox maraqlıdırlar. Müharibə dayandırıla və daha ciddi fəsadların baş verməsinin qarşısı alına bilər. Sadəcə onu başlayan və ya başlatdıranlar bunu istəsə. Müharibə həqiqətən o vaxta qədər  davam edəcək ki, müdaxilə edən dövlətlər öz maraqları mövcudluqları üçün  üçün təhlükə hiss etsinlər”.

Oğuz 

Paris Şuşada təslim oldu

Xəbər xətti

Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
AEBA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb
21:02 24.06.2025
85 Yaşında Gənc Qalan İnsanlar: Uzun və Sağlam Ömrün Sirləri
16:10 24.06.2025
Endi Marreyin heykəli ucaldılacaq
16:08 24.06.2025
Avstraliya Azərbaycan-İran sərhədinə diplomatlar göndərib
16:06 24.06.2025
İsrail Babol və Babolser şəhərlərinə zərbə endirib
16:04 24.06.2025
Tramp və Netanyahu İranla atəşkəsin dayandırılmasını telefonla müzakirə ediblər
15:01 24.06.2025
Tramp ABŞ FES in rəhbərinə "axmaq" dedi
14:36 24.06.2025
Azərbaycan BMT-nin Bürosuna sədr seçildi
14:33 24.06.2025
İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb
13:08 24.06.2025
Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir
10:59 24.06.2025
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Hamısı