Özbəkistan-Azərbaycan, qardaşlıq tarixinin salnaməsi - Eksklüziv müsahibə

Özbəkistanın Milli Teleradio Şirkətinin “Özbəkistan tarixi” Televiziya kanalının direktoru Şöhrət Xayitovla müsahibə

Siyasət 23:47 21.10.2024

- İkinci Qarabağ müharibəsi dövründə “Özbəkistan tarixi” Telekanalı Azərbaycanda Qarabağ probleminin yaranma tarixini sistemli şəkildə işıqlandıran ən fəal yaradıcı kollektivlərdən biri olub.

- Özbəkistan-Azərbaycan qardaşlıq tarixinin işıqlandırılmasında təvazökar fəaliyyətimizə göstərdikləri diqqətə görə xəbər agentliyinizin şanlı jurnalistlərinə Telekanalımızın kollektivi adından və şəxsən öz adımdan təşəkkürümü bildirirəm.

Qeyd edim ki, bizim komandamız 44 günlük müharibə zamanı baş verənləri diqqətlə izləyirdi. Təbii ki, biz yaradıcı insanlar kimi istənilən zorakılığı pisləyirik, lakin bu, Azərbaycan xalqının Vətən Müharibəsi idi. Onlar doğma torpaqlarını işğaldan azad etdilər. Bizim komandada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç bir şübhə və ya fikir ayrılığı yoxdur.

Qardaş Azərbaycana televiziya vasitəsilə özümüzə uyğun dəstək vermək qərarına gəldik. Xüsusilə Azərbaycan üçün ortaq tariximizlə bağlı olan ondan çox veriliş hazırlamışdıq. Məhz müharibənin getdiyi o günlərdə Azərbaycan ərazisinin işğalının səbəb və nəticələrindən ətraflı bəhs edən rejissor Dildor Hasanovanın hazırladığı “Mənbələr danışanda” verilişini yayımlamışdıq.

Hazırda Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edirik. Məhz onların təqdimatı ilə “Mənbələr danışanda” verilişinin rejissoru  Dildor Hasanova və bir neçə əməkdaşımız Daşkənddə keçirilən “Qızıl Qələm” beynəlxalq müsabiqəsində xüsusi mükafata layiq görülüblər.

- Düşünürəm, bununla kifayətlənmək fikrində deyilsiniz, azərbaycanlı həmkarlarınızla bağlı gələcəkdə daha hansı planlarınız var?

- Bəli, bizim gələcək üçün böyük planlarımız var. Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr, klassik ədəbiyyat məsələləri, o cümlədən Nəvaişünaslıq və Baburşünaslıq sahəsində azərbaycanlı professorlarla sıx elmi əməkdaşlıq baxımından xüsusi əlaqələrimiz var.

Biz bir çox beynəlxalq simpoziumlarda iştirak zamanı filologiyanın və tarixin elmi problemlərinə dair  onlarla əməkdaşlıq edirik. Onların sistemli şəkildə ortaq Türk tarixi və ədəbiyyatı mövzularında Telekanalımıza müsahibələr verməsi bizi sevindirir. Xüsusilə, Nizami Gəncəvinin, Əlişir Nəvainin,  Zəhirəddin Məhəmməd Baburun, eləcə də Azərbaycan xalqının böyük dövlət xadimi Heydər Əliyevin fəaliyyətindən bəhs edən çoxlu televiziya proqramları hazırlanaraq yayımlanır. Bundan əlavə, Özbək və Azərbaycan milli ədəbiyyatının nadir əsərləri tərcümə olunur. Bütün bunlar iki ölkə arasında qarşılıqlı mədəni, elmi, ədəbi əlaqələrin yeni səviyyəyə yüksəlməsindən xəbər verir.

Yeri gəlmişkən, biz Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti cənab Umud Mirzəyevlə də sıx  əməkdaşlıq edirik. O, şəxsən Özbəkistana gələrək, Azərbaycana göstərilən informasiya dəstəyinə görə Telekanalımıza təşəkkür edib və “Əl-Cəzirə” xəbər agentliyi ilə birgə “Özbəkistan-Azərbaycan-Qətər” üçtərəfli layihəsi ilə bağlı əməkdaşlıq təklif edib. Hazırda tərəflərin funksional vəzifələrini dəqiqləşdiririk və yaxın günlərdə layihənin icrasına başlayacağıq.

- Hörmətli Şöhrət Xayitov, məzmunlu söhbətə görə təşəkkür edirəm.

“Özbəkistan tarixi” Telekanalının direktoru ilə söhbəti xüsusi müxbir Şöhrət BARLAS apardı.

Müsahibənin orijinalı ilə tam şəkildə burada tanış ola bilərsiniz:

https://ednews.net/ru/news/interview/600331-uzbekistan-azerbaydjan-letopis-istorii-tyurkskoqo

A-photo_2023-06-11_09-50-01.jpg

IMG_20211002_151354.jpg

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Hamısı