2016-cı il iyulun 15-də Türkiyə dövlətinin ən həssas qurumlarına sızmış xain şəbəkə konstitusion quruluşu devirməyə və ölkəmizi xaosa sürükləməyə cəhd göstərdi.
EDnews xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 İyul - Demokratiya və milli birlik günü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir bildirib ki, FETÖ yalnız təbliğatla deyil, gizli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli terror təşkilatdır.
“Unudulmamalıdır ki, bu quruluşun yeganə hədəfi Türkiyə deyil”, - diplomat vurğulayıb.
Birol Akgün diqqətə çatdırıb ki, 15 iyul Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə demokratiyanın, milli iradənin və müstəqilliyinə vurğun bir xalqın şanlı qələbəsidir.
Səfir tədbirdə 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə qarşı nümayiş etdirdiyi qətiyyətli dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
Birol Akgün qeyd edib ki, çevriliş cəhdini ilk andan etibarən ən sərt şəkildə pisləyən və Türkiyənin yanında yer alan qardaş Azərbaycan xalqına və dövlətinə minnətdardırlar: “Həmin qaranlıq gecədə nümayiş etdirdikləri mövqe və daha sonra qurumlar arasında ən yüksək səviyyədə əməkdaşlıq göstərərək “Bir millət, iki dövlət” şüarını bir daha möhkəmləndirən bütün Azərbaycan rəsmilərinə təşəkkürümüzü bildiririk”.




.jpg)


