Fransa bu ilin sonunadək Ukraynaya iki SAMP/T hava hücumundan müdafiə sistemi təqdim edəcək.
EDnews xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Onun sözlərinə görə, Fransa və İtaliya oktyabr ayınadək Aster 30 zenit raketlərinin tədarükünü sürətləndirəcək.
Zelenski əlavə edib ki, Ukrayna SCALP raketləri, AASM aviasiya bombaları və Aster 30 raketlərinin istehsalı üçün lisenziyalar əldə edib.







