Hollivud ulduzu Bred Pittin övladlığa götürdüyü Meddoks və Zaxara aktyorun soyadından imtina etdiklərini bildiriblər.
EDnews "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı Meddoks və 21 yaşlı Zaxara "Los Angeles Daily Journal" qəzetinin elanlar bölməsində Bred Pittin soyadından imtina etmələri barədə məlumat dərc etdiriblər.
Qeyd olunur ki, aktyorun övladlığa götürülmüş övladları bundan sonra Zaxara Marli Coli və Meddoks Çivan Coli adlandırılmaq istəyirlər.







