ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonda İraqın Baş naziri Əli əl-Zeydi ilə görüş keçirdiyini bildirib.
EDnews xəbər verir ki, bu barədə Pentaqon rəhbəri "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi üçün İraq öz suverenliyini gücləndirməli və Vaşinqtonun iddialarına görə, bu yaz amerikalı hərbçilərə qarşı 600-dən çox hücum həyata keçirmiş İranın dəstəklədiyi silahlı qruplaşmaları tərk-silah etməlidir.
Heqset həmçinin qeyd edib ki, beynəlxalq koalisiyanın "Operation Inherent Resolve" (OIR) hərbi missiyası başa çatdıqca, ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizədə İraq Təhlükəsizlik Qüvvələrinin, o cümlədən "Peşmərgə" birləşmələrinin və İraq Kürdüstanının digər təhlükəsizlik qüvvələrinin aparıcı rol oynayacağına ümid edir.
Pentaqon rəhbərinin sözlərinə görə, təhlükəsiz İraq iki ölkə arasında kommersiya və müdafiə əməkdaşlığının genişləndirilməsi üçün imkanlar açacaq.







