Sözügedən funksiya, tətbiqin Android versiyasının betasında artıq aktivdir. Hazırda bir dəfəyə bir neçə foto yerləşdirmək funksiyası yalnız reklamçılar üçün təqdim olunub.
Lakin yaxın zamanda yeni funksiya bütün istifadəçilər üçün aktiv olacaq.
Çox güman ki, yaxın zamanda yeni funksiya həmçinin tətbiqin iOS versiyasına da əlavə olunacaq.
Qeyd edək ki, posta bir neçə foto və video əlavə etmək üçün birinci fayla bir dəfə toxunuş əvəzinə toxunub barmağı saxlamaq lazımdır.
Bundan sonra 10 ədəd foto və video seçmək mümkündür. Həmçinin onlardan hər birinə eyni və ya müxtəlif effektlər tətbiq etmək olar.
Post paylaşılanda isə foto və ya videogallery kimi paylaşılır. İstifadəçilər isə öz növbəsində həm postun özünü həmdə foto və videoları ayrı-ayrılıqda bəyənə bilərlər.
Beta versiyada olan yeni funksiyada hələki nasazlıq var. Belə ki, bir postun altında bir neçə video və ya foto paylaşmaq istəyən zaman tətbiq avtomatik olaraq öz-özünə bağlanır.
Bundan əlavə mütəxəssislər ümid edirlər ki, gələcəkdə Instagram digər sosial şəbəkələrdə olan funksiyaları da özündə birləşdirə bilər.