Cənubi Koreyanın texnologiya nəhəngi Samsunq ən son çəkdirdiyi tanıtım reklamında Apple firmasına məxsus ayfonları hədəf alıb.
Apple-in iPhone-X adlı məhsulunu satışa çıxarmasının ardından yeni məhsulunu reklam edən Samsunq reklamda rəqibini qara piar edib.
“Samsunq Galaxy: böyümək” adlı reklamda izləyicilərə bir gəncin 10 ildir İphone işlətməsi və onun bu müddətdə qarşılaşdığı problemlər çatdırılır. Sonda isə gənc Samsunq məhsulu olan Qalaksi Note 8 alır.
Reklamda şirkətin böyüməsi və rəqibindən bir addım qabaqda olması da vurğulanır.