Google-un proqramçılarının hazırladığı qurğu vasitəsilə smartfon sahibləri telefonlarına başqa bir adam nəzər saldığı zaman xəbər tutacaq.
Eurasia Diary-nin Quartz-a istinadən verdiyi xəbərə görə, Google-un proqramçıları Xi Yunq Ru və Florian Şrof smartfona başqa şəxsin baxmasına mane olan üsul tapıblar. Belə ki, kənar şəxs telefonun display-nə baxmağa başladığı zaman sistem xəbərdarlıq edir.
Bundan əlavə qeyd olunur ki, süni intellekt əsasında işləyən sistem birbaşa smartfonun özündə quraşdırılır.