Dünyada bəzi insanların pul qazanmaq, bəzilərinin əyləncə və digər məqsədlər üçün istifadə etdiyi YouTube video platformasında gündəlik izlədiyimiz videoların nə qədər meqabayt istifadə etdiyini bilirdiniz mi?
Bu gün mobil internet həyatımızın ayrılmaz hissəsidir. Mobil internet üzərindən isə video izləmək bəzən riskli hallara səbəb olur.
Bir çoxumuzun yaşadığı “evə gəldiyimizdə mobil interneti söndürməyi unutmaq” halları internet paketlərimizin sürətlə bitməsinə səbəb olur. Bu məlumatla tanış olaraq, artıq izlədiyiniz videoların nə qədər meqabayt (MB) xərclədiyini öyrənə bilərsiniz.
Yəni siz, videonu 720p HD keyfiyyətində izləyirsinizsə, hər dəqiqə üçün 14.50 MB istifadə olunmuş olur.(buzz.az)