“TikTok”da qeyri-etik informasiyalar yayan kişi saxlanılıb.
EDnews xəbər verir ki, Səfayıl Əliyev Ağdamda polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.
Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.








