Türkiyədə məşhurlarla bağlı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan bir sıra tanınmış şəxslər sərbəst buraxılıb.
EDnews Halk TV-yə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində məhkəməyə çıxarılan şəxslərdən 14-ü məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Sərbəst buraxılanlar arasında müğənni Kenan Doğulu, aktrisa Beren Saat, aktyor Enis Arıkan, müğənni Ayşe Hatun Önal, sosial media fenomeni Kerimcan Durmaz, müğənni Berdan Mardini, aranjimançı Ozan Doğulu, müğənni Yaşar İpek, Selin Ciğerci və CHP Ankara millət vəkili Adnan Bekerin oğlu Oğuzhan Beker də var.
Eyni istintaq çərçivəsində məhkəməyə çıxarılan 9 nəfər isə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Həbs edilənlər arasında Tolga Çam, Murat Saygı, Enis Ahmet Onat, Emre Tari, Hasan Vatan, Reyhan Küçükyeğen, Mehmet Yıldız, Ramos Correira və Eren Yorulmazın adları keçir.
Qeyd edək ki, ötən gün İstanbul polisi məşhurlara qarşı narkotik istintaqı çərçivəsində əməliyyat keçirib.
Əməliyyat zamanı aralarında Kenan Doğulu, Beren Saat, Kerimcan Durmaz, Berdan Mardini, Ozan Doğulu, Enis Arıkan və digər tanınmış şəxslərin də olduğu 23 nəfər saxlanılıb.
Saxlanılan şəxslər Ədliyyə Tibbi Qrumuna aparılıb, onlardan qan və saç nümunələri götürülüb.
Aytac Kərimova | EDnews







