Alimlər yeni üsulla enerji əldə edəcəklər | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


Alimlər yeni üsulla enerji əldə edəcəklər

Elm və texnologiya A- A A+

Rusiyalı alimlər eyni anda günəş elementi və işıq mənbəyi kimi işləyən cihazın prototipini yaradıblar.

Eurasia Diary xəbər verir ki, yeni cihaz elektrik yarada və işıq mənbəyi kimi istifadə oluna bilər.

Günəşdən enerji almaq funksiyasını yerinə yetirən işıq diodlarını xüsusi plonkanın köməyi ilə şüşələrə yerləşdirmək mümkündür. Bu zaman onlar gündüz elektrik enerjisi istehsal edəcək, gecə isə işıqlandırma elementi kimi xidmət göstərəcəklər. Mütəxəssislər həmin prosesdə Günəş batareyaları üçün ənənəvi silisiumdan deyil, gələcəkdə elektronikada istifadə üçün ən perspektivli hesab olunan perovskit materialından istifadə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...