Marsda şəhərin dəyəri açıqlandı | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Marsda şəhərin dəyəri açıqlandı

Elm və texnologiya A- A A+

Amerikanın “SpaceX” şirkətinin rəhbəri İlon Mask bildirib ki, Marsda şəhərin tikintisi bəşər tarixində ən bahalı layihə ola bilər. Onun fikrincə, buna 100 milyard dollardan 10 trilyon dollara qədər ehtiyac olacaq.

Eurasia Diary xarici mətbuata istinadən xəbər verir ki, Mars tədqiqatları hələ də bəşəriyyətin əsas məqsədlərindən biri olaraq qalır. Amerikanın məşhur "SpaceX" şirkətinin rəhbəri İlon Mask da qeyd edir ki, gec-tez o, yalnız Marsda pilotlaşdırılan missiyanı reallaşdırmaqla kifayətlənməyəcək, həm də orada bütöv bir şəhər tikəcək. Bununla bağlı, müəyyən çətinliklər yarana bilər, lakin Mask hesab edir ki, bu çətinliklər məsələnin maliyyə tərəfinə daha çox toxunur.

Mütəxəssislərin hesablamalarına görə, Marsdakı şəhərin tikintisi ən azı 100 milyard dollar tələb edəcək.

Bu hesablamalar şəhərin saxlanılması üçün Yerdən çox miqdarda yükün daşınması lazım olacağı ehtimalına əsaslanır. (azedu.)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...