Dünya təhlükədə - Bəşəriyyəti yeni epidemiya gözləyir | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Dünya təhlükədə - Bəşəriyyəti yeni epidemiya gözləyir

Elm və texnologiya A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, depressiya ondan əziyyət çəkənlərin sayına görə, bu gün dünya üzrə dördüncü yerdədir.

Eurasia Diary "oxu.az"a istinadla xəbər verir ki, 2025-ci ildə onun piylənmə və diabetdən sonra üçüncü yerə çıxacağı gözlənilir.

Hazırda planet əhalisinin 350 milyonu depressiyadan əziyyət çəkir və bu rəqəm getdikcə artmaqdadır. 21-ci əsrin ortalarında bu rəqəmin milyard yarıma bərabər olacağı ehtimal olunur.

Problem ondadır ki, depressiyadan əziyyət çəkənlərin əksəriyyəti onlarla nə baş verdiyini başa düşmürlər. Buna görə çoxu mütəxəssislərə müraciət etmir. Bu səbəbdən də dünya üzrə 50%-dən çox əhaliyə sadəcə bu diaqnoz qoyulmayıb.

Mütəxəssisə müraciət etməyənlər özləri depressiya ilə mübarizə aparmağa çalışır. Bir çox hallarda bu, onlarda alınmadığı üçün intihara əl atırlar.

Depressiyanın isə sadə tibbi izahı var. Bu adətən hormonal fonun pozulması ilə əlaqədar olur. Endokrinoloji sistemdə problem olur, bu beyinin biokimyəvi işini axsadır və nəticədə müalicəsi mütləq olan depressiya yaranır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...