“Microsoft” korporasiyası “Surface Go 2” planşetini təqdim edib | Eurasia Diary - ednews.net

25 Noyabr, Çərşənbə


“Microsoft” korporasiyası “Surface Go 2” planşetini təqdim edib

Elm və texnologiya A- A A+

“Microsoft” şirkəti yeni “Surface Go 2” planşetini təqdim edib. Planşetin qiyməti 399 dollar təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.”Surface Go 2” planşeti standart konfiqurasiyada “Intel Pentium Gold” prosessoru, 4 QB əməli yaddaş və 64 QB-lıq “eMMC” yaddaş kartı ilə təchiz edilib. Eyni prosessor, 8 QB əməli yaddaş və 128 QB SSD daşıyıcı ilə təchiz edilmiş modelin qiyməti 549 dollar təşkil edir.

8-ci nəsil “Core m3” prosessoru, 8 QB əməli yaddaş və 128 QB SSD daşıyıcı ilə təchiz edilmiş ən innovativ modelin qiyməti 629 dollar, analoji LTE modelin qiyməti 729 dollar, 256 QB SSD ilə olan modelin qiyməti isə 879 dollardır.

“Microsoft”, həmçinin ən məhsuldar noutbukunu – “Surface Book 3” təqdim edib. Yeni noutbuk “Microsoft”un əvvəlki nəsil qurğusu ilə müqayisədə 50% daha məhsuldardır. Noutbuk onuncu nəsil dördnüvəli “Intel Core” prosessoru ilə təchiz edilib.(azərbaycan24)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...