Xarici diplom məlumatlarınıza burada baxmaq mümkündür

Elm və texnologiya 11:40 13.04.2022

Vətəndaşların xaricdə aldıqları təhsili təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub. Portalda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) mərhələsini keçmiş xarici diplomlar haqqında məlumatlar əks olunur. Bununla yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları üçün nəzərdə tutulan arayış “myGov” portalında istifadəyə verilib. Hər iki xidməti vətəndaşlar “bütün xidmətlər” bölməsində, habelə “Qurumlar üzrə” Təhsil Nazirliyi tərəfindən təqdim edilən xidmətlər bölməsində əldə edə bilərlər.

Bu barədə Ednews-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “myGov” vətəndaşlara bütün şəxsi məlumatlarını bir arada təqdim edərək rəqəmsal portfel rolunu oynayır. Hər bir vətəndaş “myGov”da “ASAN Login” üzərindən cəmi bir dəfə qeydiyyatdan keçməklə, öz şəxsi kabinetini yarada bilir. Şəxsi kabinetdə ailə tərkibi, iş yeri, diplomlar, cərimələr, yaşayış yeri, etibarnamələr, tələbə-məzun məlumatları, hərbi məlumatlar, daşınmaz əmlak məlumatları və digər şəxsi məlumatlar yer alır.

Qeyd edək ki, “myGov”a "COVID-19" vaksin, immunitet və əks-göstəriş sertifikatları inteqrasiya olunub. Vətəndaşlar şəxsi kabinetlərində aidiyyətı QR kodu "COVID-19" pasportu tələb olunan qurum və müəssisələrdə oxutdurmaqla rahat keçidlərini təmin edə bilirlər.

“myGov”da sənədlərin son etibarlılıq tarixi və digər mövzularda vətəndaşlara 21 növ bildiriş göndərilir ki, bu da vətəndaşları sənədlərin vaxtının bitməsi haqqında əvvəlcədən məlumatlandırır, vaxtı bitmiş sənədlərlə bağlı xoşagəlməz hadisələrin qarşısını alır.

Xatırladaq ki, “myGov” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 2019-cu ildə yaradılıb. 2021-ci ildə portalın mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqi, həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdaki linklər vasitəsilə keçid edərək, yükləyib, istifadə edə bilərlər:

• "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

• "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

QHT Agentliyi layihələrin icrasını 100 ballıq şkala ilə qiymətləndirəcək
14:26 06.05.2025
Kürdə suyun səviyyəsi artdı
12:32 06.05.2025
İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda iştiraka dəvət edib
12:28 06.05.2025
Sabah 28 dərəcə isti olacaq
12:25 06.05.2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam edir
12:20 06.05.2025
Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək
12:18 06.05.2025
Yuxuda bayquş görmək nə deməkdir? - Həqiqətənmi bədbəxtlik gətirir?
11:59 06.05.2025
İncilin əvvəllər məlum olmayan fraqmenti tapıldı
11:46 06.05.2025
Belarusun Baş naziri Zəfər parkını ziyarət edib
11:43 06.05.2025
Macarıstan şirkətləri əczaçılıq üzrə azərbaycanlı istehsalçılarla danışıqlar aparır
11:42 06.05.2025
Rusiya Müdafiə Nazirliyi: Ukraynadan buraxılan 100-dən çox PUA məhv edilib
11:39 06.05.2025
Nyu-Yorkda Fələstin tərəfdarları etiraz aksiyası keçirib
11:36 06.05.2025
Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunacaq
11:32 06.05.2025
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş nazirini qəbul edib
11:31 06.05.2025
1167-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
11:29 06.05.2025
ABŞ yeni hipersəs sisteminin sınağını keçirdi
11:25 06.05.2025
Gündəlik Tehran-Bakı reysləri açıldı
11:22 06.05.2025
Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb
11:09 06.05.2025
Belarusun Baş naziri Fəxri xiyabanı ziyarət edib
11:06 06.05.2025
Qazaxıstan Rusiyaya Volqa çayının axınını birgə tənzimləməyi təklif edəcək
11:03 06.05.2025
"Qazaxıstan Mərkəzi Asiyada ilk strateji tərəfdaşımız olacaq"
11:02 06.05.2025
Təbriz mediası Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib
10:55 06.05.2025
Fərid Şəfiyev İrana səfər edəcək
10:50 06.05.2025
İslamabad Bakıya karbon kvotaları bazarına və günəş enerjisinə investisiya yatırmağı təklif edib
10:48 06.05.2025
Gənclər Kitabxanasında Əkrəm Cəfərin xatirəsi anılıb
10:45 06.05.2025
İsveçdə ərzaq inflyasiyası yavaşlayır
10:45 06.05.2025
Sudanda PUA hücumundan sonra yanğın başlayıb
10:38 06.05.2025
Azərbaycan və İranın beyin mərkəzləri Anlaşma Memorandumu imzalayıblar
10:15 06.05.2025
İrəvan Ağsaqqallar Şurasının üzvünün avtomobili yandırılıb
10:12 06.05.2025
Suriyanın keçid dövrü Prezidenti sabah Fransaya səfər edəcək
09:18 06.05.2025
Qəzza zolağının ərzaq ehtiyatları tamamilə tükənib
08:23 06.05.2025
Kubada Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib
08:09 06.05.2025
Hindistan çoxməqsədli sualtı minanı sınaqdan keçirib
07:13 06.05.2025
Alimlər vərəm xəstəliyi ilə mübarizədə böyük irəliləyiş əldə ediblər
03:21 06.05.2025
Hodeyda limanı İsrailin zərbələri səbəbindən fəaliyyətini dayandırıb
01:26 06.05.2025
Bu gecə Bakıda meteor yağışı müşahidə ediləcək
00:10 06.05.2025
Bu gün akademik Rəfiqə Əliyevanın xatirə günüdür
00:01 06.05.2025
Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşib
16:14 05.05.2025
"Azərbaycanla bizi strateji tərəfdaşlıq birləşdirir"
14:38 05.05.2025
Məhkəmədə Serj Sarkisyanın və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub
14:16 05.05.2025
Hamısı