Kvant texnologiyası ilə işləyən kompüterləri adilərdən fərqləndirən əsas cəhət onların qəliz hesablamaları da həll edə bilməsidir.
Ednews xəbər verir ki, Britaniyanın Müdafiə Nazirliyi idarəetmə sahəsində kvant texnologiyasından istifadə etmək üçün "Orca Computing" şirkəti ilə əməkdaşlığa başlayacaqlarını bildirib.
MN-nin Elm və Texnologiyalar Laboratoriyasının (DSTL) mütəxəssisi Stiven Till işləyəcəkləri müddəti “sınaq mərhələsi” adlandırıb.
Evdə və işdə istifadə etdiyimiz kompüterlər sıfır və ya birlik, ikilik dəyəri olan bitlərdə məlumatları emal edir. Kvant kompüterlər isə məlumatların emalı üçün "qubit" adlanan iki ştat vahidindən istifadə edir.
Nəzrin Beydiyeva