Hesaba bir dəfədən çox səhv daxil edilərsə, hesab dayandırıla bilər. Eyni şəkildə, başqa bir cihazdan daxil olarkən hesab təsdiqlənmirsə, Instagram onu qorumaq üçün hesabı dayandırır. Yaxşı, belə hallarda nə etməli?
Ednews CNN Türkə-ə istinadən xəbər verir ki, hesabınızın niyə bağlandığına dair heç bir fikriniz yoxdursa, Instagram-da nəzərdən keçirilməsini tələb edib müvafiq formanı doldurmaqla, hesabınızın bağlanma səbəbini öyrəndikdən sonra onun açılmasını tələb edə bilərsiniz. Formanı təqdim etdikdən sonra Instagram hesabın bağlanma səbəbi ilə bağlı məlumatı həmçinin onun açılıb-açılmayacağını izah edə bilər.
Formada sizdən şəxsiyyət vəsiqənizdə yazılmış ad, soyad, e-mail adresi, Instagram istifadəçi adı və mobil telefon nömrəniz kimi məlumatlar istəniləcək.
Aynurə İsmayılqızı