Dünyaca məşhur mesajlaşma proqramı yeni funksiyasını istifadəyə verib.
Ednews haberglobal-a istinadən xəbər verir ki, “whatsapp” artıq istifadəçilərə qrup mesajlarında başqalarının profil fotolarını görmək imkanı verəcək.
Yenilənmə ilə qruplardakı insanlar mesaj göndərən zaman mesajı göndərən şəxsin şəkli görünəcək.
İstifadəçilər onlarla insandan ibarət qruplarda ən böyük rahatlığı yaşayacaqlar.
İndi qeydiyyatdan keçməyən və ya mesaj göndərən xarici şəxslərin profillərinə klikləmədən mesaj gələndə həmin şəxsin profil şəkli görünəcək.
Yeniləmə ilk dəfə iOS beta-da müşahidə edilib. Test mərhələsində olan xüsusiyyət bir çox istifadəçiyə təqdim edilməyə başlayıb.
Aynurə İsmayılqızı