WhatsApp mesajlaşma tətbiqi Android interfeysində dəyişiklik edib. Yeni interfeysdə iPhone-larda olduğu kimi ekranın aşağı hissəsində naviqasiya paneli olacaq.
WhatsApp-ın 2.23.8.4 kodlu Android beta versiyasında hələ inkişaf mərhələsində olan yeni funksiya ortaya çıxıb. WABetaInfo tərəfindən aşkar edilən xüsusiyyət interfeysin tamamilə dəyişəcəyini göstərir.
WhatsApp iOS və Android-də fərqli interfeyslərə malikdir. iPhone interfeysi açıldığında ekranın aşağı hissəsində naviqasiya paneli var. Bu naviqasiya paneli mesajlara, axtarışlara, parametrlərə və icmalara ani girişi təmin edir.
Lakin Android istifadəçiləri bu xüsusiyyətlərə çatmaq üçün bir neçə mərhələdən keçməli olublar. İstifadəçilərin istəklərinə cavab verən WhatsApp interfeysi onu iPhone-da olduğu kimi edəcək.
Sevinc Kamalova