WhatsApp hər gün yeni funksiyalarla zənginləşir.
Ednews xəbər verir ki, WABetaInfo tərəfindən WhatsApp üçün hazırlanan 23.10.7.6 konstruksiya kodu ilə yeniləmədə yeni funksiya aşkarlanıb.
Companion rejimi adlanan bu funksiya ilə Apple məhsullarının istifadəçiləri mövcud WhatsApp hesablarını ikinci iOS cihazına qoşa bilərlər.
Rəsmi olaraq elan edilən Companion Mode istifadəçilərə bütün cihazlarında zənglər və mesajlar göndərmək və qəbul etmək imkanı verir, eyni zamanda başdan sona şifrələmə sayəsində eyni məxfilik və təhlükəsizliyi qoruyur.
Aysel Şahmar