ABŞ-da "TikTok" və "CapCut" qadağasından sonra "Meta" yeni video redaktə tətbiqi "Edits"i təqdim etdi.
"EDnyus" xəbər verir ki, "TikTok"un bağlanması ilə "TikTok"un ana şirkəti "ByteDance"nin digər proqramı olan "CapCut" video redaktoru da ABŞ-da "App Store" və "Google Play Store"dan silinib.
Fürsətdən istifadə edən "Meta" "TikTok" və "CapCut" qadağasından sonra yeni video redaktə proqramı olan "Edits"i təqdim edib .
"Instagram"ın CEO-su Adam Mosseri "Threads" vasitəsilə verdiyi açıqlamada tətbiqin gələn ay "iOS" və daha sonra "Android" üçün əlçatan olacağını açıqladı.
Həmçinin bildirilib ki, şirkət tətbiqi hazırlamaq üçün müəyyən məzmun istehsalçıları ilə işləyir.
Mosseri tətbiqin yüksək keyfiyyətli kamera, ideya və ilhamı izləmək üçün xüsusi nişanlar, qaralama paylaşımı və "Instagram" performans analizi kimi qabaqcıl alətlərlə təchiz ediləcəyini bildirib. O, redaktələrin daha çox məzmun yaradıcılarına yönəldiyini də vurğulayıb.