Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə 1921-ci il fevralın 4-də anadan olub.
ABŞ-ın Berkli Universitetinin professoru olan Lütfi Zadənin dünya elminə 6 mühüm nəzəriyyəsi məlumdur.
Ona dünya şöhrəti qazandıran dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq.
Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır.
Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.