1956-cı il fevralın 14-ü Azərbaycan Televiziyasının yarandığı gündür.
Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Bakı studiyası əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı.
1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı.
70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı.
2005-cı ilin yanvarından AzTV 24 saatlıq fasiləsiz yayıma keçib.