Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqust 1-dən 11-ə kimi – 10 (on) gün müddətinə - Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından da əldə etmək mümkündür.

