DTX-nin istintaq zamanı götürdüyü zinət əşyaları və pullar banklarda saxlanacaq

Cəmiyyət 14:37 10.08.2017

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi proseduru müəyyənləşib.

Bu, DTX-nin qərarı ilə təsdiqlənən “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Təlimata əsasən aşağıdakı əmlak uçota götürülür və saxlanılır:

- tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər;

- Azərbaycan və digər dövlətlərin orden və medalları;

- milli və xarici valyutada olan pul vəsaitləri, bank kartları;

- dövlət daxili uduş istiqrazları, lotereya biletləri, əmanət kitabçaları, sertifikatlar, səhmlər, veksellər, çeklər və digər qiymətli kağızlar;

- qiymətli metallar-istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tullantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallar (palladium, iridium, rodium və ritenum) ;

- qiymətli daşlar - işlənilmiş şəkildə olan almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;

- qiymətli metallardan və qiymətli daşlardan və qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və məişət əşyaları;

- korpusu qiymətli metaldan olan bütün sistemlərdən olan saatlar;

- dini ibadət (ayin) əşyaları;

- mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar;

- adları çəkilməyən digər qiymətlilər.

DTX tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalar, pullar və digər qiymətlilər törədilmiş cinayət işinə aidiyyətindən, xüsusiyyətlərindən qiymətindən asılı olaraq, cinayət işinin içində, saxlama kameralarında, həmin orqanların maliyyə xidmətlərində, müvəkkil banklarda və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlərdə saxlanılır. DTX tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalar, pullar və digər qiymətlilər törədilmiş cinayət işinə aidiyyətindən, xüsusiyyətlərindən qiymətindən asılı olaraq, cinayət işinin içində, saxlama kameralarında, həmin orqanların maliyyə xidmətlərində, müvəkkil banklarda və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlərdə saxlanılır.

Götürülmüş və üzərinə həbs qoyulmuş silah, döyüş sursatı, partlayıcı maddələr müvəqqəti saxlanılması üçün Maddi-texniki qurumunun (MTQ) silah-sursat anbarına təhvil verilir. İstintaq hərəkətləri zamanı götürülmüş qiymətli metallar (qızıl, gümüş, platin və platin mənşəli digər metallar) və daşlar (almaz və sair), mirvari, onlardan hazırlanan zərgərlik əşyaları və ya onların qırıntıları, habelə qiymətli metaldan sikkələr müvafiq baxışın keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 gündən gec olmayaraq, müvəqqəti saxlanılması üçün İstintaq qurumu (İQ) tərəfindən qablaşdırılmış və möhürlənmiş halda müvəkkil bankın saxlama kamerasına təhvil verilir.  İstintaq zamanı götürülmüş tədavüldə olmayan külçə, şlix, təbii halda tapılan saf mədən, qırıntı, yarımfabrikat, istehsalat və ya laboratoriya təyinatlı məmulat şəkilində qiymətli metallar və digər təbii qiymətli daşlar müvafiq baxış keçirildikdən sonra, xüsusi təhqiqata ehtiyac olmadığı təqdirdə məhsul saxlanca təhvil verilir. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pullar, baxış keçirildikdən dərhal sonra, lakin götürüldüyü andan 7 gündən gec olmayan müddətdə müvəqqəti saxlanması üçün DTX-nin Maliyyə qurumu ( MQ) vasitəsi ilə müvəkkil banka xüsusi açılmış depozit hesabına və ya saxlama kamerasına təhvil verilir.

İstintaq hərəkətləri zamanı götürülmüş çeklər, istiqraz vərəqələri və lotereya biletləri, əmanət kitabçaları sertifikatlar, akkreditivlər, bankın çekləri və çek kitabçaları, müvəkkil bank tərəfindən yuxarıda qeyd olunan istiqraz vərəqələrinin, sertifikatlarının və digər qiymətli kağızların qəbulu barədə verilmiş şəhadətnamələri baxış keçirildikdən sonra daxil olduğu vaxtdan 7 gün müddətinə MQ vasitəsi ilə zərflərə qoyulub idarənin rəisi və baş mühasibi tərəfindən imzalanmış müşayiət məktubu ilə müvəqqəti saxlanılması üçün müvəkkil banka təhvil verilir. Bu zaman həmin əşyaların zərflərə qoyulması 3 nəfər əməkdaşın şahidliyi ilə həyata keçirilir və həmin şahidlər bunu imzaları ilə zərfin üzərində təsdiq edirlər. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pul, həmçinin digər qiymətli kağızlar cinayət təqibi üzrə icraatın materialında o halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir. Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan maddi sübut kimi sayılmış tez xarab olan əşyaları, məişətdə gündəlik tələbat əşyalarını qulluğa ehtiyacı olan ev heyvanlarının, quşları və digər heyvanları verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır. Xüsusi saxlanma şəraiti tələb edən tez xarab olan və sair ərzaq malları götürülüb, baxış keçirildikdən və malların keyfiyyəti üzrə dövlət inspeksiya orqanları və ya sanitar nəzarəti orqanları tərəfindən onların keyfiyyəti yoxlanıldıqdan sonra dərhal müvafiq qərar qəbul edilməklə satışı təşkil edilir.

Əşya, pul və digər qiymətlilər məhkəmənin hökmü və ya cinayət təqibini həyata keçirən orqanın qərarı ilə şəxs barədə cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, məhkəmənin yekun qərarında bu əşyaların mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılması nəzərdə tutulduqda mülkiyyətçisinə və ya qanuni sahibinə  qaytarılır. Götürülmüş əşya, pul və digər qiymətlilər sahibinə və yaxud onun vəkalət verdiyi şəxsə bəraət alma və ya işin xitam olunmasından sonra 20 gün müddətində əmlakın təhvil verilməsi  barədə qəbz təqdim edilməklə, kassa məxaric orderi əsasında qaytarılır. Qəbz itirilmiş olarsa, əmlak vətəndaşın müraciət ərizəsinə əsasən qaytarılır. Bu zaman pulun və digər qiymətli kağızların məbləği, əmlakın adı, xüsusiyyətləri və təhvil verilmə tarixi ərizədə göstərilməlidir. Əmlakın sahibinə qaytarılması o halda həyata keçirilir ki, məhkəmənin hökmü barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində o, ərizə ilə DTX-yə müraciət etmiş olsun. Əgər iddia müddəti ərzində qiymətli əşya sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin qiymətli əşyanın qaytarılması üçün müraciət etməzlərsə, əşyaların qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətinə keçməsi üçün zəruri tədbirlər görülür.

Əşya, pul və digər qiymətlilər aşağıdakı hallarda dövlət mülkiyyətinə keçirilir:

- həmin əşya və pulların müsadirə edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə mindikdə;

- əşya və pul sahibi 10 il ərzində tələb etmədiyi halda;

- əşya, pul və digər qiymətlilərin sahibini tapmaq mümkün olmadıqda (sahibsiz əmlak). (Virtualaz.org)

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
Hamısı