Amerikanın San Joze şəhərində Lütfizadənin anım mərasimi keçirilib.
Bu barədə Kaliforniya Azərbaycan Mədəniyyət Evinin rəhbəri Həmid Azəri məlumat verdi. Onun sözlərinə görə, dünya azərbaycanlıları bu tədbirdə aktiv iştirak ediblər. Mərhum alimlə şəxsi tanışlığı olan, onunla müxtəlif layihələrdə çalışan tanınmış azərbaycanlılar Lütfizadə barədə öz xatirələrini bölüşüblər.
Tədbir zalında isə Lütfizadəyə aid şəkillər, kitablar yer alıb. Tədbir iştirakçıları onu ölkənin qüruru sayaraq, Amerikada Azərbaycanın adını ucaldan bir həmyerlimiz olaraq yad ediblər.