“Sosial Sahibkarlıq” və onun Azərbaycanda formalaşdırılması imkanları araşdırılır

Cəmiyyət 10:59 14.10.2017
Bu tədqiqatın əsas məqsədi “Sosial Sahibkarlıq” və onun Azərbaycanda formalaşdırılması imkanlarının araşdırılmasıdır. 
 
Tədqiqatı zəruri edən əsas amillər isə aşağıdakılardır:
Azərbaycan müstəqilliliyinin başlanğıcından sosial yönümlü siyasətə üstünlük vermiş, 2000-ci ildən başlayaraq Davamlı İnkişaf təşəbbüsünə qoşulmuş, “Yoxsulluğun azaldılması” üzrə, 2004-cü ildən başlayaraq isə “Regionların İnkişafı”  üzrə müxtəlif proqramlar həyata keçirmiş, yoxsulluq həddi minimuma endirilmiş, əhalinin sosial rifahı, infrastruktura çıxış imkanları əhəmiyyətli dərəcədə artmış, bütün sahələrdə islahatlar davam etdirilir;
Hökumət və müxtəlif beynəlxalq təşkilatların təşəbbüsü və maliyyə dəstəyi ilə kənd icmalarının inkişafı sahəsində 10-larla proqram və layihələr icra edilmiş, bu proqram və layihələrdə çoxlu sayda “İcma əsaslı” layihələr icra olunmuşdur;
Son dövrlərdə hökumət və beynəlxalq təşkilatlar daha çox əhalinin gəlirlərinin artırılması, məşğulluğunun təmin olunmasını prioritet kimi seçmiş, icmaların “özünü təminat” siyasətini dəstəkləməyə üstünlük vermişdir;
Bu dəstək və təşəbbüslər sayəsində kənd icmalarında 100-lərlə müəssisə yaradılmış, lakin onların normativ-hüquqi bazası formalaşdırılmamışdır. Dünya təcrübəsində bu cür müəssisələr “sosial sahibkarlıq” müəssisəsi kimi fəaliyyət göstərir, onların əsas məqsədi gəlir əldə etmək olsa da bu gəlirlər icmanın sosial problemlərinin həllinə yönəldilir.
İcma əsaslı gəlir gətirən layihələr əslində icmaların davamlı inkişafı üçün bir fürsətdir və bu fürsəti düzgün dəyərləndirilməsinə ehtiyac vardır. Bu layihələrdən icmaların daha çox faydalanması, icmalarda az təminatlı təbəqələrin maraqlarının qorunması, icmaların məşğulluğunun təmin olunması, icmalarda sosial kapitalın formalaşması, sosial layihələrin həyata keçirilməsi üçün onların hüquqi bazasının yaradılmasına ciddi ehtiyac vardır.
Qeyd olunan bu amillər nəzərə alınıraq tədqiqat işində “sosial siyasət və sosial iqtisadiyyat”, “sosial sahibkarlıq və sosial müəssisələr”, Aİ ölkələri, ABŞ, Hindistan, Çin, Türkiyə və s ölkələrin sosial sahibkarlıq sahəsində təcrübəsi öyrənilmiş, sosial müəssisələrin fəaliyyət göstərdiyi iqtisadi sektorlar, sosial müəssisələrin yaranma prosesi və onun yaradılmasına maneələr, sosial sahibkarlığın qiymətləndirilməsi tədqiq edilmişdir. 
Sosial sahibkarlıq barədə daha ətraflı məlumat təqdim etməzdən öncə 
i) sosial siyasət; 
ii) sosial iqtisadiyyat
iii) sosial biznes və sosial sahibkarlıq 
anlayışlarına və bunlar arasındakı əlaqə və münasibətlərə aydınlıq gətirilməsi məqsədəuyğun hesab edilmişdir. 
1. Sosial siyasət və sosial iqtisadiyyat
“Sosial siyasət” anlayışına müxtəlif növ yanaşmaların olmasına və müxtəlif təriflər verilməsinə baxmayaraq mahiyyəti “əhalinin layiqli yaşayışının təmin olunması üçün aparılan siyasət” olduğu hər kəs tərəfindən qəbul olunmuşdur. Aşağıda sosial siyasət anlayışına müxtəlif yanaşmalar və təriflər barədə məlumat verilmiş, həmçinin onların müqayisəli təhlili aparılmışdır.  
Dövlətin əsas funksiyasının əhalinin rifah halının yaxşılaşdırılması olduğunu əsas götürərək, müasir dövrdə bəzi dövlətlər sosial siyasətinin təkmilləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Dövlətin sosial siyasətinin xüsusi əhəmiyyəti isə “sosial dövlətin” inkişafına şərait yaradır. Bu proses bilavasitə sosial məsələlərin iqtisadiyyat üzərində üstünlük əldə etməsi, insanların layiqli yaşayışının təmin edilməsinin dövlətin əsas prioriteti olmasıdır. Hətta bəzi Avropa ölkələri “sosial hökumət”, “sosial dövlət” kimi anlayışları önə çıxarmışlar. Azərbaycan hökumətinin də hazırda apardığı siyasət əhalinin layiqli yaşayışının təmin olunmasıdır və sosial siyasət prioritetlərdən biri hesab olunur. Dövlətin sosial və iqtisadi sferanın tənzimlənməsi istiqamətində məqsədyönlü fəaliyyəti sosial siyasət prinsiplərini şərtləndirir. Bu mənada sosial siyasət dövlətin digər iqtisadi subyektlərin həyat və əmək şəraitinin dolğun təminatına yönəldilmiş fəaliyyətidir. Dövlətin sosial sahədə apardığı islahatlar sosial siyasət zəminində qurulur və formalaşır. Beləliklə, sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalinin məşğulluğunun təmin olunması, istehlak qiymətlərinin artımının əhaliyə təsirinin azaldılması barədə kompleks sosial iqtisadi tədbirlər sistemidir. Müasir qloballaşma sosial siyasətin mahiyyətcə yeniləşməsini, dövlət tərəfindən xüsusi proqramların hazırlanmasını və tətbiqini aktuallaşdırmışdır. 
2000-ci ilin sentyabr ayında BMT-yə üzv dövlətlərin başçılarının Minilliyə həsr olunmuş görüşündə BMT-nin Minillik Deklarasiyası qəbul edilmişdir. Bu deklarasiyanın əsasını isə “Minilliyin İnkişaf Məqsədləri” təşkil edir ki, bu məqsədlərin əksəriyyəti sosial məsələləri özündə əks etdirir. Azərbaycanda da “Minilliyin İnkişaf Məqsədləri”nə nail olmaq üçün silsilə tədbirlər həyata keçirilmiş, Azərbaycanın son illər Dövlət büdcəsi “sosial yönümlü büdcə” kimi formalaşdırılmışdır. 2015-ci ildə isə BMT tərəfindən 2015-ci ildən sonrakı dövr üçün (2016-2030-cu illəri əhatə edən dövr) yoxsulluğun azaldılması, təhsil və səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və tərəfdaşlığın inkişaf etdirilməsi kimi əsas qlobal inkişaf məqsədlərinə nail olunmasını nəzərdə tutan “Davamlı İnkişaf Məqsədləri” adlı sənəd qəbul edilmişdir. Bu sənədin özündə 17 hərəkətverici istiqamət müəyyənləşdirilmişdir ki, bu istiqamətlərin 10-da birbaşa və ya dolayısı ilə “sosial məsələlərə” toxunulmuşdur. 
Beləliklə beynəlxalq, milli və submilli sosial siyasətlər ölkələrin yoxsulluq əleyhinə qlobal fikir birliyinə gələrək inkişaf edən sosial birliyin dəyişməsinə təsir etməkdədir. 
Sosial siyasət isə “sosial institutlar” tərəfindən həyata keçirilir ki, ictimai həyat sahələrinə uyğun olaraq sosial institutlar əsasən aşağıdakı kimi qruplaşdırılır:
iqtisadi institutlar - əmək bölgüsü, bazar, ticarət, əmək haqqı, bank sistemi, birja, menecment, marketinq və s.;
siyasi institutlar - dövlət, ordu, polis, parlament, prezidentlik, monarxiya, məhkəmə, partiya, vətəndaş cəmiyyəti;
təbəqələşmə və qohumluq - sinif, təbəqələşmə, kasta, cinsi ayrı-seçkilik, irqi ayrı-seçkilik, zadəganlıq, sosial təminat, ailə, nikah, analıq, övladlığa götürmə, qardaşlıq; 
Təhsil və mədəniyyət - ali, orta, peşə təhsil müəssisələri, mədəniyyət və incəsənət müəssisələri (teatr, muzeylər, klublar, kitabxanalar), dini idarələr (məscid, kilsə) və s.
London İqtisadiyyat Məktəbinin “Sosial Siyasət” Kafedrası sosial siyasət anlayışına “cəmiyyətlərin sosial ehtiyaca olan mövqeyinin təhlili ilə bağlı fənlər arası və tətbiqi” tərifini verir. Harvard Universitetinin Sosial Siyasət üzrə Malcolm Wiener Mərkəzi sosial siyasət anlayışını “səhiyyə, xidmət, cinayətkarlarla əlaqəli ədalət sistemi, bərabərsizlik, təhsil və əmək sahələrində dövlət siyasəti və təcrübəsi” kimi təsvir edir. 
Sosial siyasət – daha geniş mənada əhalinin və onun müxtəlif qruplarının sosial vəziyyətinin saxlanılması və dəyişdirilməsi istiqamətində aparılan siyasətdir. Sosial siyasətin əsas məqsədi sosial vəziyyətə təsir göstərilməsindən ibarətdir. Sosial vəziyyət – əhalinin və onun müxtəlif təbəqələrinin həyat fəaliyyətinin kompleks xarakteristikasıdır. Sosial qrupların və təbəqələrin həyat tərzi müxtəlif amillərin təsiri nəticəsində baş verir. Belə ki, yuxarıda qeyd edilənləri ümumiləşdirsək, “Sosial siyasət” cəmiyyətdə əmtəə və resursların bölüşdürülməsinin və onlara çıxışın formalaşdırılması vasitəsilə həmin cəmiyyət üzvlərinin rifah halına təsir göstərən tədbirlər toplusu kimi də təsvir edilə bilər. 
Cəmiyyətin inkişafında sosial amillər, inkişafın iqtisadi komponentlərindən ayrılmazdır. İqtisadi nəzəriyyəçilərin bəziləri sosial məsələlərə iqtisadi məsələlərdən ayrı şəkildə baxır. Onların nəzəriyyələrinə görə əvvəl iqtisadi məsələlər həll edilməli, sonra sosial məsələlərlə bağlı məsələlərə baxılmalıdır. Müasir dövrdə bu yanaşmalar təhlükəlidir. Güclü vətəndaş cəmiyyətinin formalaşmasının əsas prioritet kimi götürüldüyü müasir zamanda 
əhaliyə, onun layiqli yaşayışına birbaşa təsir edən;
əhalinin rifah halını müəyyənləşdirən, onu düşündürən sosial məsələlər;
ictimaiyyətin hiss etdiyi sosial-iqtisadi bərabərsizliklər;
müxtəlif qrup və təbəqələr arasındakı münasibətlər;
partnyorluq prinsipinin real praktiki fəaliyyətdə həyata keçirilməsi 
davamlı iqtisadi inkişafın təmin edilməsinin əsas və həlledici amilləridir. Sosial siyasətin dəyişməsi və mahiyyətcə yeni məzmun alması isə “sosial iqtisadiyyat” anlayışını meydana gətirmişdir. Sosial iqtisadiyyat, investorlar və ya mülkiyyətçilərdən əlavə, insanlar üçün də mənfəət əldə etməyə istiqamətlənən Avropa iqtisadiyyatının mühüm bir modelidir. 
2. Sosial iqtisadiyyat dedikdə aşağıdakılar başa düşülür
Əmtəə və ya xidmətlər istehsal edən kollektiv sahibli müəssisə sosial və iqtisadi missiyaya sahibdir, fərdi və kollektiv iştirakdan ibarət ola bilər. Kapital və pula icma və ya onun üzvlərinə fayda verən vasitə kimi baxılır; 
Sosial (həmrəylik) iqtisadiyyatın geniş yayılmış tərifləri sırasına iqtisadi icma inkişafı institutları, həmrəy maliyyə və digər kollektivə məxsus iqtisadi alətlər daxildir;
Sosial iqtisadiyyata sosial, ekoloji və mədəni təsirlərin artımını hədəf alan, əmtəə və xidmətlər istehsal edən geniş spektrdə müəssisə və təşkilatlar daxildir;
Sosial iqtisadiyyat bəzi ölkələrdə “keçmiş” və ya institusional kooperativ, müştərək və qeyri-kommersiya sektorunu təsvir etmək üçün istifadə olunur.
 
2.1.   Sosial iqtisadiyyatı vacib edən amillər aşağıdakılar hesab olunur:
 
Yeni inkişaf paradiqması ənənəvi iqtisadi strategiyaların məhdudiyyətləri kimi özünü büruzə verir;
İnkişaf etmiş vətəndaş cəmiyyəti icmaların ehtiyaclarını qarşılamaq üçün bazar, dövlət və könüllü resursları birləşdirməklə innovativ yanaşmalara rəhbərlik edir;
İnkişaf etməkdə olan modellər davamlı/dayanıqlı inkişafa olan ehtiyaca əsaslanır: sosial və ekoloji problemlər rifah halının yaxşılaşması prosesində aradan qalxır;
Hökumətlərin ənənəvi bazar və ya birbaşa hökumət müdaxiləsi çərçivəsində inkişaf yolunda getdikcə zəifləyən fəaliyyətləri.
 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı