Daha 8 rayon və şəhərdə minadan zərərçəkənlərin siyahısı dəqiqləşdiriləcək, ehtiyacları öyrəniləcək

Cəmiyyət 14:14 30.06.2025

İyun ayından Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihənin icrasına başlayıb.

Bu barədə “EDnews”-a  AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat növbəti dəfə sözü gedən agentliyin müsabiqəsinin qalibi olub.

R.Kərimoğlu qeyd edib ki, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir:

“Əvvəlcə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, layihələrin qiymətləndirilməsini həyata keçirən ekspert heyətinə minnətdarlığımızı bildiririk. Bu il də minadan zərərçəkənlərlə bağlı layihə təklifimizi yüksək dəyərləndiriblər. Qeyd edim ki, təşkilatımız ötən il bu layihəni 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) uğurla həyata keçirib.Layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə  siyahısını müəyyənləşdirib onların ehtiyaclarını öyrəndik. Layihənin sonunda əldə edilmiş nəticələr təhlil edilərək geniş hesabat hazırlandı. Geniş bir tədbir keçirilərək bu hesabat QHT Agentliyinə, nazirliklərə, müvafiq dövlət qurumlarına təqdim edildi. Eyni zamanda, bu hesabat ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrinə də təqdim edildi.

Bu il isə layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra edəcəyik. Qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMİSMA agentləri ilə sorğular keçiriləcək. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına,  zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Xüsusi ilə qeyd edim ki, biz layihənin icrası zamanı Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) müəyyənləşdirdiyi prioritetlər nəzərə alacağıq. Onu da vurğulayım ki, sonuncu dəfə bu iş bütün ölkə üzrə 2004-2005-ci illərdə ANAMA-nın rəhbərliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu və bir neçə digər tərəfdaş QHT tərəfindən həyata keçirilib. Amma bildiyiniz kimi, o vaxtdan 20 il keçib. Onlar arasında dünyasını dəyişənlər var, eyni zamanda ehtiyacları da dəyişib. Digər tərəfdən 2005-ci ildən üzü bəri 2016-cı ildə aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatları olub. Xeyli insan minadan zərər çəkib. ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 398 nəfər təşkil edir. Onlardan 70-i həlak olub, 328-i yaralanıb.”

R.Kərimoğlu qeyd edib ki, layihədə çalışanlar əsasən minadan zərərçəkənlərin özləridir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı