Yaxın günlərdə internet tamamilə kəsiləcək Bu provayderlərin abunəçilərinə xəbərdarlıq

Cəmiyyət 18:36 25.10.2017
"Delta Telekom LTD” MMM son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərə aydınlıq gətirib.
 
"Delta Telekom LTD” MMM-dən bildirilib ki, bir neçə yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq onlara olan borclarını ödəmir və nəticədə maliyyə çətinlikləri yaranıb:
 
"Son vaxtlar ölkədə internetin sürəti və keyfiyyətinin aşağı səviyyədə olması, xüsusilə pik saatlarında dözülməz həddə çatması haqqında mətbuatda ciddi müzakirələr gedir. Bunula əlaqədar deyə bilərik ki, bu cür narazılıqların yaranmasına səbəb ikinci dərəcəli internet provayderlərinin işini düzgün qurmaması, gəlirləri olduğu halda texnologiyanı yeniləməməsi, ən əsası isə müştəri sayının bir neçə dəfə artmasına baxmayaraq aldığı internet yükünü artırmaması nəticəsində baş verir. Nəticədə müxtəlif statistik göstəricilərdə və beynəlxalq müzakirələrdə, eləcə də ölkəmizə gələn qonaqlarda Azərbaycanda internet sürətinin aşağı səviyyədə olması barədə rəylər səslənir. Əslində isə əsas provayder olaraq "Delta Telekom LTD” MMM həmişə olduğu kimi, bu gündə ölkəni sürətli, keyfiyyətli və rezervli (sığortalanmış) internetlə təmin edir. Ölkədə internetə olan təlabat ikiqat artarsa  müəssisənin texniki göstəriciləri imkan verir ki, bu artıqlanması ilə ödənilsin. Bu məqsədlə müəssisənin imkanlarının artırılması və mütəmadi olaraq texnologiyanın yenilənməsi istiqamətində iş aparılır, kadr heyətinin daha da təkmilləşməsi üçün xarici şirkətlərlə təcrübə mübadiləsi həyata keçirilir. Onu da qeyd etmək istəyirəm ki, "Delta Telekom”da yarandığı gündən bu günədək yalnız yerli mütəxəssislər fəaliyyət göstərib”.
 
"Delta Telekom LTD” MMM-in mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, yaxın günlərdə bir neçə provoyderlərə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir:
 
"Müəssisəmiz tərəfindən göstərilən xidmətlərlə yanaşı problemlər də mövcuddur. Yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, müəssisəmizə olan borclarını ödəmir və maliyyə çətinlikləri yaranır. Uzun müddət bu hallara güzəştlə yanaşsaq da artıq problemin məhkəmə yolu ilə həll olunmasına çalışırıq. Hazırda "Qlobal Netvorks” MMC, "CNC AZ” MMC,  "Data Plus” MMC və bir neçə dövlət təşkilatları ilə məhkəmə prosesi davam edir. Həmin provayderlərin toplam olaraq üç milyon manatdan artıq borcları vardır. Bunula əlaqədar olaraq hər üç şirkətə göstərilən xidmətlərə məhdudiyyət tətbiq olunur ki, bundan da həmin provayderlərin müştəriləri əziyyət çəkir. Baxmayaraq ki, müştərilər pullarını əvvəlcədən ödəyiblər. Yaxın günlərdə bu provoyderlərə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir. Yuxarıda qeyd olunan provayderlərin müştərilərinə bildirmək istərdik ki, internet xidmətləri dayansa, problemin müəssisəmizdən qaynaqlanmadığını, pulunu əvvəlcədən ödədikləri provayderlərin yarıtmaz işi nəticəsində baş verdiyindən məlumatlı olsunlar”.(olke.az)
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
Hamısı